Gürcüstan müxalifəti parlament binası qarşısında yenidən aksiya keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə müxalif partiyanın lideri Giorgi Vaşadze məlumat verib.
O qeyd edib ki, etirazçılar yaxın saatlarda Tbilisidə parlamentin qarşısındakı meydana "xarici agentlər" haqqında qanuna qarşı mitinqə çıxacaq.
“Dinc mitinqə qarşı xüsusi təyinatlılar və polis tərəfindən qeyri-mütənasib güc tətbiq edilib. Çoxlu etirazçı saxlanılıb, onların arasında müxalifət partiyasının sədri Zurab Çaparidze də var. Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydana mitinq üçün dünənkindən daha çox insan toplaşacaq”, - deyə Vaşadze bildirib.
Qeyd edək ki, Gürcüstan parlamenti önündə "xarici agentlər" haqqında qanun layihəsinə qarşı etirazlar gecə boyu davam edib. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edərək aksiyanı dağıtmağa başlayıb. Nümayişçilər yaxınlıqdakı küçələrə qaçıblar.