Modern.az

Ukrayna taxıl sazişini uzatmaq üçün danışıqlara başlayıb

Ukrayna taxıl sazişini uzatmaq üçün danışıqlara başlayıb

8 Mart 2023, 00:58

Ukrayna Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı tərəfdaşlarla müzakirələrə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Ukrayna hökumətindəki yüksək vəzifəli şəxs agentliyə bildirib ki, Ukrayna Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi üçün tərəfdaşları ilə onlayn danışıqlara start verib.

 

"Danışıqlarla bağlı vəziyyət kifayət qədər çətindir. İndi çox şey bizdən deyil, tərəfdaşlardan asılıdır", - mənbə bildirib.

 

Xatırladaq ki, taxıl müqaviləsinin müddəti 2023-cü il martın 18-də başa çatır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu