Modern.az

İnce də Kılıçdaroğlunu dəstəkləyəcək? - "Görüşə bilərəm"

İnce də Kılıçdaroğlunu dəstəkləyəcək? -

Dünya

8 Mart 2023, 09:32

Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce seçkilərlə bağlı əməkdaşlıq anonsu verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçmiş partiyası ilə müzakirələrə açıq olduğunu bildirib.

 

"Mən Türkiyəni idarə etməyə namizəd olmuş adamam. İçindən çıxdığım partiya ilə nə üçün görüşməyim ki? Görüşə bilərəm", - deyə İnce söyləyib.

 

Qeyd edək ki, "Millət İttifaqı"nın martın 6-da keçirilən toplantısında CHP sədri Kemal Kılıçdaroğlu vahid namizəd elan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?