Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi birləşmələri tərəfindən havaya qaldırılan İranın "Shahed" dronunu məhv edib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, dron Ukrayna səmasında təsbit edilib və zərərsizləşdirilib. Məlumata görə, PUA Severşina yaşayış məntəqəsinin üzərində vurulub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.