Modern.az

Abdullahian Ankarada - XİN başçıları danışıqlar apardı

Abdullahian Ankarada - XİN başçıları danışıqlar apardı

Dünya

8 Mart 2023, 13:20

Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

 

Görüş zamanı enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət müzakirə olunub. Nazirlər Ukraynadakı vəziyyətə də toxunublar.

 

Görüşdən sonra Abdullahian zəlzələnin baş verdiyi Adıyaman bölgəsinə baş çəkəcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu