Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər edəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlunun özü bu barədə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
O, İrana gedəcəyini açıqlasa da, dəqiq tarix barədə danışmayıb.
Abdullahianın Türkiyəyə səfəri çərçivəsində baş tutan nazirlərin görüşündə iki ölkə arasındakı münasibətlərin və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunduğu diqqətə çatdırılıb.