Modern.az

Gürcüstanda qadınlar da etiraza qalxdı

Gürcüstanda qadınlar da etiraza qalxdı

Dünya

8 Mart 2023, 16:03

Gürcüstanın paytaxtı Tbilisidə qadınlar etiraz yürüşünə başlayıb.

 

Modern.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları əllərində plakatlarla Birinci Respublika meydanından parlament binasına doğru irəliləyirlər.

 

Oxşar aksiya Gürcüstanın daha 10 şəhərində keçirilir.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib.Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu