Modern.az

İran Xəzərlə gizli şəkildə Rusiyaya sursat göndərib

İran Xəzərlə gizli şəkildə Rusiyaya sursat göndərib

Dünya

8 Mart 2023, 16:20

Yanvar ayının ortalarında Xəzər dənizi vasitəsilə İrandan Rusiyanın Həştərxan limanına 200 konteyner sursatın olduğu iki gəmi göndərilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Sky News” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

 

Gəmilərdə Rusiyanın İrandan aldığı atıcı silahlar üçün 100 milyon güllə, 300 min mərminin daşındığı ehtimal olunur. Bildirilib ki, İrandan Rusiyaya 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm-lik güllələr, o cümlədən qumbaraatanlar, raketlər, minaatanlar və artilleriyalar üçün sursatlar gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?