Modern.az

Britaniya Norveçdə hərbi baza açdı

Britaniya Norveçdə hərbi baza açdı

Dünya

8 Mart 2023, 21:57

Böyük Britaniya NATO-nun Arktikada imkanlarını gücləndirmək üçün Norveçdə hərbi baza açıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya donanması məlumat yayıb.

 

Açıqlamada deyilir ki, Norveçin “Vikinq” adlanan poliqonu Dəniz Piyadaları komandoları üçün mərkəz rolunu oynayacaq. Artıq bu qış bazaya minə yaxın komando yerləşdirilib.

 

Böyük Britaniya həddindən artıq soyuq hava şəraitində döyüşə bilən qoşunları əraziyə göndərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?