Polşa özünə məxsus MiQ qırıcılarını Ukraynaya verməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda bildirib.
O vurğulayıb ki, Ukrayna qırıcılardan istifadə edə biləcək, çünki Ukraynada bunları idarə etməyi bacaran pilotlar var.
Prezident bildirib ki, gələcəkdə Ukrayna F-16 qırıcıları da tədarük edilə bilər: “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə F-16-dan istifadə edəcək".