Modern.az

Etirazçılar Gürcüstan hakimiyyətinə 1 saat vaxt qoydu 

Etirazçılar Gürcüstan hakimiyyətinə 1 saat vaxt qoydu 

Dünya

8 Mart 2023, 22:33

Hazırda Tbilisinin mərkəzində "xarici agentlər haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, müxalifətçi Giorgi Vaşadze hakimiyyətə qarşı iki tələb irəli sürüb.

 

O bildirib ki, qanun layihəsi parlamentdən geri götürülməli və dünənki aksiyada saxlanılanlar azad edilməlidir.

 

Vaşadze qeyd edib ki, Gürcüstan rəhbərliyinin bu tələbləri yerinə yetirmək üçün bir saatı var, əks halda etirazçılar “başqa addımlara keçəcəklər”.

 

Qeyd edək ki, dünənki aksiyada 66 nəfər saxlanılıb.

Bu xəbər ilə bağlı
Gürcüstanda yenidən etiraz aksiyası keçirilir 
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu