Modern.az

Tbilisiyə zərbələr endiriləcək - Simonyan TƏHDİD etdi

Tbilisiyə zərbələr endiriləcək - Simonyan TƏHDİD etdi

Dünya

10 Mart 2023, 13:02

Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

 

"2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək", - deyə Simonyan bildirib.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu