Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
Modern.az xəbər verir ki, hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən sədr seçilib.
Bu, Si Cinpinin 3-cü müddətə (2023-2028) sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk siyasətçidir.
Qeyd edək ki, Xalq Nümayəndələri Yığıncağının sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib.