Modern.az

Polşa və Slovakiya Ukraynaya görə razılığa gəldilər

Polşa və Slovakiya Ukraynaya görə razılığa gəldilər

Dünya

10 Mart 2023, 08:54

Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazır olduqlarını bəyan ediblər.


Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.


O, ölkəsinin Ukraynaya “Miq-29” tipli döyüş təyyarələri göndərmək barədə qərar verməsinin vaxtının çatdığını deyib.


Nazir qeyd edib ki, İsveçdə polşalı həmkarı Mariusz Blaszczak ilə görüşdə Ukraynaya “Miq-29” döyüş təyyarələrinin göndərilməsi üçün prosesdə birgə iştirak etmək barədə razılığa gəliblər.

 

“Biz beynəlxalq koalisiyanın tərkibində “Miq-29” qırıcı təyyarələri Ukraynaya təhvil verməyə hazırıq”, - deyə Polşa Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu