Türkiyədəki seçkilərdə seçicilərin barmaqlarının işarələnməsi məsələsinə aydınlıq gətirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, qarşıdakı seçkilərdə gözəgörünməz mürəkkəbdən istifadə olunmayacaq.
Qeyd edək ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir. Bu gün seçkilərin dəqiq tarixi ilə bağlı rəsmi qərar veriləcək.