Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirilən görüşünə start verilib.
Modern.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
***
11:58
Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə görüşəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, Fransa son 5 ildə ilk dəfə keçiriləcək Britaniya-Fransa sammitinə ev sahibliyi edəcək.
Görüşdə Rusiyadan gələn təhlükəyə qarşı mübarizə aparmaq üçün yeni nəsil uzaqmənzilli silahların birgə hazırlanmasına dair razılıq əldə olunması gözlənilir.