Fransa prezidenti Emmanuel Makron Gürcüstanda qalmaqallı "Xarici agentlər haqqında" qanun layihəsinin parlament tərəfindən rədd edilməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, bunu müsbət qiymətləndirən Makron bu barədə tviter səhifəsində gürcü dilində paylaşım edib.
"Gürcü xalqının demokratik dəyərlərə, mətbuat və birləşmək azadlıqlarına sadiqliyini görürük. Avropaya qayıdan Gürcüstan Fransanın dostluğuna güvənə biləcəyini anlayır", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya dünən qanun layihəsini geri götürdüyünü elan edib. Bu gün Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.
გაგონილია ქართველების ერთგულება დემოკრატიული ღირებულებების, პრესისა და გაერთიანების თავისუფლების მიმართ.
— Emmanuel Macron (@EmmanuelMacron) March 10, 2023
ევროპისკენ შეტრიალებულმა საქართველომ იცის, რომ შეუძლია საფრანგეთის მეგობრობის იმედი ჰქონდეს.