Ermənistanın cənubunda içərisində məktəblilərin olduğu avtobus çaya düşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müəllim və şagirdlərin olduğu avtobus Qafan-Aracadzor avtomobil yolunun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb.
Məlumata görə, qəza nəticəsində 21-dən çox sərnişin xəsarət alıb və xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.