İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilir ki, münasibətlərin normallaşması ilə bağlı danışıqlar Pekində aparılıb. Danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirlik və agentlikləri açmaq barədə razılığa gəliblər.
İki ölkənin xarici işlər nazirləri qərarı həyata keçirmək üçün yaxın günlərdə görüşəcək.