"Abdullah Gülün tibb bacısı olan həyat yoldaşı Asiya xanım zəlzələ vaxtı yardımçı binada növbədə idi. Xəstəxana çökdü. Asiya Gül daxil, 8-i tibb bacısı olmaqla, 72 nəfər həyatını itirib".
Modern.az xəbər verir ki, bunu türkiyəli jurnalist İsmail Saymaz Hatay tədris və araşdırma xəstəxanasında zəlzələ zamanı baş verənlərlə bağlı məqaləsində yazıb.
Oxucuların böyük qismi Türkiyənin sabiq prezidenti Abdullah Gülün həyat yoldaşının həyatını itirdiyini zənn etsə də, sonradan burada ad oxşarlığının olduğu üzə çıxıb. Belə ki, yazıda xəstəxanada tibb qardaşı kimi çalışan Hatay sakini Abdullah Güldən və onunla eyni xəstəxanada tibb bacısı işləyən həyat yoldaşı Asiya Güldən söhbət gedib.
Eks-prezident Abdullah Gül ilə adaş olan şəxsin həyat yoldaşının adı Asiya olsa da, siyasətçinin xanımının adı Hayrunnisadır.
Abdullah Gül’ün hemşire olan eşi Asiye Hanım depremde ek binada nöbetteydi.
— İsmail Saymaz (@ismailsaymaz) March 10, 2023
Hastane çöktü.
Gül dahil sekizi hemşire 72 kişi hayatını kaybetti.
Abdullah Gül hastanenin enkazına dört gün boyunca arama kurtarma gelmediğini söylüyor.
72 can gitti.
Bir istifa dilekçesi gitmedi!