Modern.az

İranlı nazir Səudiyyə Ərəbistanı ilə barışıqdan DANIŞDI

İranlı nazir Səudiyyə Ərəbistanı ilə barışıqdan DANIŞDI

Dünya

10 Mart 2023, 17:37

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasını şərh edib.

 

Modern.az xəbər verir ki, Abdullahian bu barədə tviter səhifəsində paylaşım edib.

 

"İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə vermiş olur. Diplomatiya aktiv olaraq daha çox regional addımların atılmasının arxasındadır", - deyə nazir yazıb.

 

Qeyd edək ki, Çində aparılan danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirliklər açmaq barədə razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu