Modern.az

Rusiya və Fransa Ermənistanı qorumağa hazır deyil - Zakaryan

Rusiya və Fransa Ermənistanı qorumağa hazır deyil - Zakaryan

Dünya

10 Mart 2023, 17:48

"Paşinyan Ermənistanı tam təcrid vəziyyətinə gətirir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib.

 

"Belə olan halda, heç bir ölkə, heç bir təşkilat ölkəmizin müdafiəsinə qalxmaz. Hətta Rusiya və Fransa da Ermənistanın maraqlarını qorumağa hazır deyillər, çünki onlar görürlər ki, İrəvanın özü də açıq-aşkar maraqlarını nəzərə almır. KTMT mürəkkəb strukturdur və Ermənistan üçün orada öz maraqlarını təmin etmək həmişə çətin olub. Bununla belə, qurum həmişə Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Əks halda birinci prezident Levon Ter-Petrosyan bu barədə sazişi imzalamaz, Robert Koçaryan və Serj Sarkisyan inteqrasiya prosesini davam etdirməzdi", - deyə o bildirib.

 

Qeyd edək ki, rəsmi İrəvan KTMT-də Ermənistan üçün ayrılmış kvota üzrə baş katibin müavini postundan imtina edib.

Bu xəbər ilə bağlı
İrəvan KTMT-də vəzifə kvotasından imtina etdi
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu