ABŞ-ın maliyyələşdirdiyi “Marshall Legacy Institute” adlı qeyri-hökumət təşkilatı daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində paylaşım edib.
"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - deyə paylaşımda bildirilir.