Modern.az

Silahlı şəxs insanları girov götürdü - 1 milyon avro istəyir

Silahlı şəxs insanları girov götürdü - 1 milyon avro istəyir

Dünya

11 Mart 2023, 00:26

Almaniyanın Karlsrue şəhərində naməlum şəxs aptekə basqın edərək, oradakı insanları girov götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Welt" nəşri yazıb.

 

Yerli KİV-lər aptekin yanındakı küçənin bağlandığını bildirir. Məlumata görə, əraziyə bir neçə təcili yardım maşını gətirilib.

 

"Bild" qəzeti yazır ki, polis insanları girov götürən şəxslə əlaqə saxlamağa cəhd edib. Təhlükəsizlik baxımından girovların dəqiq sayı barədə rəsmi məlumat verilməyib.

 

"Stuttgarter Nachrichten" nəşri isə qeyd edib ki, silahlı şəxs girovların azad edilməsi üçün 1 milyon avro tələb edir. KİV aptekdə iki nəfərin girov götürüldüyünü açıqlayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu