Modern.az

Ərbakanın oğlu “Cumhur İttifaqı”na dəvət edildi

Ərbakanın oğlu “Cumhur İttifaqı”na dəvət edildi

11 Mart 2023, 00:53

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Yenidən Refah Partiyasının qərargahını ziyarət edib.

 

Modern.az xəbər verir ki, o, partiyanı AKP və MHP-nin təmsil olunduğu "Cumhur İttifaqı"na dəvət edib.

 

B. Yıldırım Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu, Yenidən Refah Partiyasının sədri Fatih Ərbakanla görüşüb. O, görüşdən sonra mətbuata verdiyi açıqlamada partiyanı "Cumhur İttifaqı"nda görmək istədiklərini deyib.

 

"Ümid edirik ki, bu seçkilərdə birlikdə addımlaya bilərik. Təbii ki, cənab Fatih Ərbakan və dostları bu məsələ ilə bağlı öz qiymətləndirmələrini edəcək və sonra qərarlarını ictimaiyyətlə bölüşəcəklər”, - deyə B. Yıldırım qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?