Türkiyənin Ali Seçki Şurası 28-ci çağırış parlament və 14-cü prezident seçkilərinin mayın 14-də keçirilməsi ilə bağlı qərarı təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunub.
Şura prezidentin seçkilərin mayın 14-də keçirilməsi təklifinə razılıq verib. Rəsmi məlumatda qeyd olunub ki, ehtiyac yaranarsa, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Xatırladaq ki, martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb.