Almaniya kansleri Olaf Şolts Yaponiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Səfər martın 18-də baş tutacaq. Yaponiya Baş naziri Fumio Kişida Şoltsun səfəri barədə öz hökumətinə və Yaponiyanın hakim Liberal Demokratik Partiyasının nümayəndələrinə məlumat verib.
Kişida və Şolts görüş zamanı may ayında Yaponiyanın Xirosimada ev sahibliyi edəcəyi G7 sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.