Konqo Demokratik Respublikasının şərqində yerləşən Kivu əyalətində naməlum silahlılar kəndə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Hücum zamanı 19 nəfərin öldüyü bildirilir. Silahlılar kənddə dağıntılar törədib, tibb müəssisəsini yandırıblar. Kirindera adlanan kənddə baş verən hücumun gecə saatlarında həyata keçirildiyi deyilir.
Qeyd edək ki, keçən həftə silahlılar Kirinderadan bir neçə kilometr aralıda yerləşən kənddə ən azı 35 nəfəri öldürüb.