Modern.az

Qaribaşvili Ukrayna siyasətçilərini ittiham etdi

Qaribaşvili Ukrayna siyasətçilərini ittiham etdi

Dünya

13 Mart 2023, 09:23

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ukraynalı siyasətçiləri ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

 

Modern.az xəbər verir ki, Qaribaşvili "İmedi" telekanalına müsahibəsində bu barədə danışıb.

 

O, Ukrayna rəsmilərini bundan çəkinməyə və Gürcüstana münasibətdə təmkinli yanaşma sərgiləməyə çağırıb.

 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsdən azad olunması ilə bağlı zaman-zaman Kiyevdən Tbilisiyə edilən müraciətlər Qaribaşvili hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu