Modern.az

Avropanın silah idxalı 93 faiz ARTIB

Avropanın silah idxalı 93 faiz ARTIB

Dünya

13 Mart 2023, 09:56

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamasından sonra 2022-ci ildən Avropaya silah idxalı 2 dəfə artıb.

 

Modern.az "Die Zeit" nəşrinə istinadən xəbər verir ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatına əsasən, 1 il ərzində silah idxalı 93 faiz artıb.

 

Məlumata görə, Ukrayna ötən illə müqayisədə 60 dəfə çox silah idxal edib və 2022-ci ildə Qətər və Hindistandan sonra dünyanın üçüncü ən böyük silah idxalçısı olub.

 

Bildirilib ki, idxal tempinin yenə də artması proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?