Baxmut ətrafında vəziyyət gərgin olaraq qalır.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, "Vaqner" qruplaşmasının hücum dəstələri bir neçə istiqamətdən Ukrayna qüvvələrinin müdafiəsini yarıb mərkəzə doğru irəliləməyə çalışırlar.
"Çətin döyüşlər zamanı müdafiəçilərimiz düşmənin xeyli itki verməsini şərtləndiriblər. Düşmənin şəhəri ələ keçirmək üçün bütün cəhdləri artilleriya, tank və digər atəş silahları ilə dəf edilir. Baxmutun müdafiəsi davam edir", - deyə Sırski bildirib.