Monqolustan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu almaq istəyir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu monqolustanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı məlumat verib.
O deyib ki, bu, həm dil, həm də digər kriteriyalar baxımından uyğundur.
Qeyd edək ki, hazırda Təşkilatın müşahidəçi üzvləri Şimali Kipr, Türkmənistan və Macarıstandır.