Modern.az

Rusiya Moldovaya qarşı hibrid müharibə aparır - Nazir

Rusiya Moldovaya qarşı hibrid müharibə aparır - Nazir

Dünya

13 Mart 2023, 21:15

Moldova hazırda təcili hərbi təhlükə ilə üz-üzə deyil, lakin Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır.

 

Modern.az xəbər verir ki, bunu Moldova müdafiə naziri Anatoli Nosatii AFP-yə müsahibəsində bildirib.

 

"Hazırda Moldovaya birbaşa hərbi təhdid yoxdur, lakin ölkənin təhlükəsizliyinə təsir edən digər təhdid növləri var, məsələn, hibrid müharibə", - Nosatii deyib.

 

Onun sözlərinə görə, Rusiya dezinformasiya yayır və Moldova cəmiyyətində gərginlik yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu