İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir.
Modern.az xəbər verir ki, bu barədə İranın “Nournews” portalı məlumat yayıb.
Görüşün yaxın vaxtlarda baş tutacağı ehtimal edilir. İki ölkənin xarici işlər nazirlərinin görüşünün harada keçirilə biləcəyi açıqlanmayıb.
Qeyd edək ki, martın 10-da İran və Səudiyyə Ərəbistanı iki ay ərzində ikitərəfli münasibətləri bərpa etmək, səfirlik və nümayəndəliklərini açmaq barədə razılığa gəliblər.