İspaniya Ukrayna ordusunun hərbçilərinə "Leopard 2 A4" tankları ilə bağlı təlim keçib.
Modern.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin Milli Təlim Mərkəzində ümumilikdə 55 nəfər ukraynalı hərbi qulluqçu və ehtiyatda olan hərbçi hazırlanıb. Onlardan 33-ü tank heyətinin üzvü, qalanları isə texnik olacaq.
Təlim həftədə bir gün istirahət olmaqla gündə 12 saat davam edib.
Xatırladaq ki, bu ilin fevralında İspaniya Ukraynaya altı Leopard tankı tədarük edəcəyini açıqlayıb.