Modern.az

Ordu ilə bağlı zarafat etdi - Onu 5 il həbs gözləyir 

Ordu ilə bağlı zarafat etdi - Onu 5 il həbs gözləyir 

Dünya

14 Mart 2023, 00:49

Rusiya ordusunun Xersondan geri çəkilməsi ilə bağlı zarafata görə Ryazan vilayətinin sakininə qarşı cinayət işi açılıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vasili Bolşakov adlı Rusiya vətəndaşı zarafatı "VKontakte" sosial şəbəkəsində paylaşıb.

 

O, ötən ilin noyabr ayında rus ordusunun Xersondan çəkilməsi ilə əlaqədər yazıb:

 

- Sergey (Rusiyanın müdafiə naziri Sergey Şoyqu nəzərdə tutulur - red.), niyə biz Xersondan geri çəkilirik?

 

- Volodya (Rusiya Prezidenti Vladimir Putin nəzərdə tutulur), sən axı özün əmr verdin ki, Ukraynanı faşistlərdən və nasistlərdən təmizləməliyik.

 

Bolşakov paylaşıma görə "ordunun nüfuzuna xələl gətirmək"də ittiham olunur. O, 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu