Modern.az

Zəlzələdə həlak olan tibb işçilərinin sayı AÇIQLANDI

Zəlzələdə həlak olan tibb işçilərinin sayı AÇIQLANDI

Dünya

14 Mart 2023, 11:11

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ zamanı həyatını itirən səhiyyə orqanları əməkdaşlarının sayı məlum olub.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

 

Onun sözlərinə görə, zəlzələdə ümumilikdə 505 tibb işçisi həlak olub. Nazir qeyd edib ki, bu gün tibb işçilərinin peşə bayramı günü olsa da, bu bayram matəm içində keçir.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət 48 mindən çox insanın həyatını itirməsinə və böyük dağıntılara səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu