Ukraynanın Dontesk vilayətinin Kramatorsk şəhəri Rusiya qüvvələri tərəfindən raket zərbələrinə məruz qalıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, raketlərdən biri yaşayış binasına düşüb.
Bildirilib ki, nəticədə 3 nəfər həyatını itirib, daha 14 nəfər isə yaralanıb.
Qeyd edək ki, Donetsk vilayətinin böyük hissəsi Rusiya tərəfindən işğal olunub.