Ermənistanın baş naziri Nikol Paşinyan yeni eskalasiya təhlükəsindən danışıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında söz açıb.
"Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir", - deyə Baş nazir bildirib.