Modern.az

Paşinyan: İpoteka ilə ev almaq istəyirəm

Paşinyan: İpoteka ilə ev almaq istəyirəm

Dünya

14 Mart 2023, 13:42

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi məmurların bahalı mənzillərindən danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında müdafiə naziri Suren Papikyanın 168 min dollara ev almasında, ABŞ-dakı Ermənistan səfiri Lilit Makunts və deputat Trdat Sarkisyanın oxşar addımlarında biabırçı heç nə görmədiyini deyib.

 

O, jurnalistlərdən güzəştli proqram çərçivəsində ipoteka götürüb-götürmədiklərini soruşub. Ermənistan baş naziri zarafatla ipoteka ilə ev almaq istədiyini söyləyib: "Mənə hardan alacağımı deyin, bilsəniz, bəlkə ordan alaram".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB