"Taxıl müqaviləsinin uzadılması Rusiyanın xoşməramlı jestidir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya BMT-nin taxıl sazişi üzrə səylərini yüksək qiymətləndirir, lakin kollektiv Qərbin “divarını yarmaq” mümkün olmayıb. Ümid edirik ki, taxıl müqaviləsinin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan ikinci hissəsi də tamamlanacaq", - deyə o bildirib.
"ABŞ-dakı prezident seçkilərindən öncə Putinlə Trampın görüşünün keçirilməsinin mümkünlüyü ilə bağlı heç bir əsaslı söhbət və təşəbbüslər olmayıb. Vaşinqtonla ünsiyyət texniki təmaslar səviyyəsində saxlanılır, Rusiya-ABŞ münasibətləri ən aşağı nöqtədədir. Rusiya Federasiyasının bank sistemi ABŞ-da baş verən böhrandan sığortalanıb. Nüvə daşıyan sualtı qayıqların Avstraliyaya tədarükü planları nüvə silahının yayılmaması məsələsi ilə bağlı çoxlu suallar yaradır", - deyə Peskov əlavə edib.