Modern.az

Paşinyan Rusiyanı Qarabağ ermənilərinin qarantı adlandırdı

Paşinyan Rusiyanı Qarabağ ermənilərinin qarantı adlandırdı

14 Mart 2023, 15:10

"Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır, lakin İrəvan da onlarla daim əlaqə saxlayır".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

Paşinyanın sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Rusiya qarant olub, çünki 44 günlük müharibədən sonra Ermənistan bu rolu oynaya bilməzdi. Baş nazir bildirib ki, lakin özü şəxsən Arayik Arutyunyanla (separatçıların rəhbəri-red) gündəlik əlaqə saxlayır, bütün məsələlər açıq şəkildə müzakirə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?