Modern.az

Ermənistanın təhlükəsizlik sistemində problemlər var - ETİRAF

Ermənistanın təhlükəsizlik sistemində problemlər var - ETİRAF

Dünya

14 Mart 2023, 15:36

"Ermənistan Rusiyadan başqa ölkələrlə hərbi-siyasi əməkdaşlıq qurmaq istəyini gizlətmir".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

"İrəvan hesab edir ki, Ermənistanın təhlükəsizlik sistemində problemlər var, çünki mövcud təhlükəsizlik arxitekturası işləmir. Məhz buna görə də hakimiyyət digər ölkələrlə dialoq qurmağa çalışır", - deyə o bildirib.

 

Paşinyan tezliklə xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfər edəcəyini söyləyib.

 

"Rusiya ilə münasibətlərimizdə böhran görmürəm. Suallar, problemlər var və birbaşa müzakirə olunur. Yeri gəlmişkən, bəzi problemlər obyektiv xarakter daşıyır", - deyə baş nazir əlavə edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu