Biz Ermənistan-Rusiya-Azərbaycan XİN başçılarının üçtərəfli görüşünə hazırıq.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, bundan əvvəl o, Ermənistan XİN başçısı Ararat Mirzoyanın Rusiyaya tezliklə səfər edəcəyini bildirmişdi.