Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə buraxılmayan Rusiya vətəndaşlarından danışıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bu haqda söz açıb.
"Əgər ölkəmizə buraxılmayan müxtəlif dövlətlərin vətəndaşları Ermənistana rəva bildiklərinin 1 faizini öz ölkələrinə rəva bilsə idilər, nəinki öz evlərinə gedə bilməzdilər, hətta vətəndaşı olduqları ölkəyə girə bilməzdilər", - deyə o söyləyib.
"Ermənistan suveren dövlətdir və özünə qarşı hörmətli münasibət gözləmək hüququ var. Həmçinin, Ermənistanın öz maraqlarına qarşı addım olduğu halda öz suveren mexanizmlərindən istifadə etmək hüququ var”, - deyə Paşinyan əlavə edib.
“Qara siyahıya daha kimlər daxildir" sualına cavabda isə o, bununla bağlı səlahiyyətli strukturların məşğul olduğunu deyərək adları dəqiqləşdirməyib.
Qeyd edək ki, Rusiya parlamentinin MDB üzrə komitəsinin üzvü, RT-nin baş redaktoru Marqarita Semonyan və politoloq Aram Qabrielyanov Ermənistana buraxılmamışdı.