Ermənistanın paytaxtı İrəvanda Ermənistan-Rusiya əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Modern.az xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının "Telegram" kanalında bu barədə məlumat verilib.
Tədbir martın 16-18-də keçiriləcək.
Bildirilib ki, gündəliyə humanitar və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən Ermənistanda rus dilinin və Rusiya Federasiyasında erməni dilinin öyrənilməsi məsələləri daxildir.