Hindistan parlamentinin sədri Om Birla və Ermənistanın spikeri Alen Semonyan görüş keçiriblər.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Bəhrəynin paytaxtı Manamada keçirilib.
Ermənistan parlamentinin sədri hindistanlı həmkarı ilə görüşdə bildirib ki, ölkəsi müdafiə sektorunda Hindistanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Məlumata görə, həmçinin görüşdə Laçın dəhlizindəki son situasiya ətrafında da fikir mübadiləsi aparılıb.