Modern.az

Daha bir Avropa lideri Kiyevə GƏLDİ

Daha bir Avropa lideri Kiyevə GƏLDİ

Dünya

14 Mart 2023, 19:41

İslandiyanın baş naziri Katrin Yakobsdottir bu gün Kiyevə səfər edib.

 

Modern.az xəbər verir ki, o, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Zelenski "Telegram" kanalında bildirib ki, görüş zamanı Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi, Ukraynaya dəstək mövzusu müzakirə olunub.

 

"Biz Ukraynanın yenidən qurulmasının gedişatını və perspektivlərini də müzakirə etdik", - Zelenski qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?