Modern.az

Ukraynaya dəstək fonduna 2 milyard avro ayrıldı

Ukraynaya dəstək fonduna 2 milyard avro ayrıldı

Dünya

14 Mart 2023, 20:25

Avropa İttifaqı Şurası Sülh Fondunun büdcəsini 2 milyard avro artırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

 

"Bugünkü qərarla Avropa Sülh Fondunun büdcəsi 7,9 milyard avrodan çox olacaq. Bu fondun maliyyə dayanıqlığının təmin edilməsi təkcə Ukraynanın deyil, həm də Avropanın, Afrikanın və Yaxın Şərqin digər bölgələrindəki tərəfdaşların dəstəklənməsi üçün çox vacibdir", deyə - Borrel qeyd edib.

 

Avropa Sülh Fondu 2021-ci ilin martında Aİ-nin ittifaqa daxil olmayan ölkələrlə qarşılıqlı əlaqədə olması üçün yaradılıb. Bu fond Ukraynaya dəstəyi, o cümlədən hərbi yardımı maliyyələşdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu