Modern.az

Avropa İttifaqı Moldova üçün radarlar alacaq

Avropa İttifaqı Moldova üçün radarlar alacaq

Dünya

14 Mart 2023, 21:49

Avropa İttifaqı Moldovaya yeni silah yardımı ayırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb.

 

Bildirilib ki, vəsaitin böyük bir hissəsi Moldova üçün uzaqmənzilli radarın alınmasına sərf olunacaq.

 

Qalan vəsait haker hücumlarından qorunmaq üçün hərbi maşınların, mühəndis avadanlıqlarının, rabitə vasitələrinin və proqram təminatının alınması üçün nəzərdə tutulub.

 

Pul Rusiya Federasiyasının Ukraynaya hücuma başlamasından sonra istiqaməti dəyişən Avropa Sülh Fondundan ayrılacaq. Moldovaya vəsaitin ayrılması ilə bağlı qərar martın sonu və ya aprelin əvvəlində veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu